Sən demə, “Əpl” məhsullarındakı “i” hərfinin mənası BU İMİŞ

Sən demə, “Əpl” məhsullarındakı “i” hərfinin mənası BU İMİŞ
19:48 20 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Hər il milyonlarla məhsulu satılan “Əpl” (Apple”) firmasının məhsullarının əvvəlindəki “i” hərfinin mənasını kim bilir? Çox zaman bu hərfin ingilis dilindən tərcümədə “mən” mənasını ifadə etdiyi iddia edilir. Lakin əslində elə deyilmiş.

Publika.az “Əpl” məhsullarının əvvəlindəki bu hərfin mənasını təqdim edir.

“Əpl” şirkəti 1998-ci ildə ilk “AyMak”i satışa çıxartmasından 20 il keçib və bu vaxta qədər satışa çıxarılan məhsulların hamısının əvvəlində “i” hərfi olub. “Aypəd” (iPad), “Ayfon” (iPhone), “Aypod” (iPod) kimi adları əslində öz-özünü reklam edib.

Məsələn, insanların “Ayfon”un modelindən çox məhz “Ayfon” istifadə etmək üçün bu marka telefonu aldıqları da bir gerçəklikdir. Ancaq çox zaman məhsulun əvvəlindəki hərfin mənası barədə heç düşünmürlər.

1997-ci ildə “AyMak”ı təqdim edən Stiv Cobs əslində sirri açıb.

“Bu çox güclü bir Makdır, onunla çox şey edə bilərsiniz. Ancaq ən önəmlisi siz 10 dəqiqəyə internetə qoşulacaq, sanki kompüterdə işləyirmiş kimi hiss edəcəksiniz”. Bu sözlərdən sonra hələ də, anlamadınızsa, izahı bir az da genişləndirək.

“Əpl” məhsullarının üzərindəki “i” hərfinin mənası çox bəsitdir. O internet sözünü ilk hərfidir və sürətli internet mənasını ifadə edir. S.Cobs da Mak haqqında danışanda məhz onun əsas üstünlüyünün isternetə sürəti qoşulma olduğunu vurğulamışdı.

Daha sonra isə “i” hərfi “Əpl”ın digər məhsullarında da instifadə edilməyə başladı.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/228407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR