Türkiyənin Kilis şəhərinə dörd raket atıldı - 7 yaralı

Türkiyənin Kilis şəhərinə dörd raket atıldı - 7 yaralı
22:44 21 Yanvar 2018
119 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, mərmilər Əkrəm Çətin ve Barış məhəllələrindəki dörd evə düşüb.

 

Hadisə nəticəsində yaralanan 7 nəfər Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir. 

 

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR