Bu gün "Hər şey daxil" verilişinin eksperti prodüser Tolik qalmaqallı açıqlaması ilə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, prodüser şou-biznesdə dostluğun olmadığını bildirib.

Tolik sözlərini aşağıdakı sözlər ilə izah edib:

"Ayrıldığı müğənni ilə 3 gün sonra bir yerdə işləyirlər. Elə bil ki, heç bunlar bir-birini söyməyiblər. Bir müğənni var, oğlan prodüseri var. Oğlan ondan ayrılanda daha nələr deyirdi onun arxasınca. Şəxsən mənə ki, "Ondan qorx. O qız olsa da, şeytandır". İndi az qalır boynuna mindirə, gəzdirə. Hamıdan da guya onu qoruyur, guya mənim acığıma".

Məhəmməd Vaqif
Milli.Az