Ərdoğan: “Afrindən geri çəkilməyəcəyik”

Ərdoğan: “Afrindən geri çəkilməyəcəyik”
15:47 22 Yanvar 2018
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ “Terror qruplaşmalarına ilk zərbəni ”Fərat qalxanı” ilə vurmuşduq”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Məsələ kürd dəhlizində də deyil. Biz terrorçuların istifadə etdikləri dəhlizə qarşıyıq. Kürd dəhlizi ilə terrorçuların ixtiyarında olan dəhlizin fərqini mən burada izah etməyə borclu deyiləm. Hatayada Elektrik stansiyasına atılan raket nəticəsində bir vətəndaşımız şəhid olub. Şəhidimizin qanı yerdə qalmayacaq. Afrindən geri çəkilməyəcəyik”, -deyə o, vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/erdogan-afrinden-geri-cekilmeyeceyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR