Oya Ergün “Sinemanın kral və kraliçası” yarışmasının seçimlərində çıxış edib

Oya Ergün “Sinemanın kral və kraliçası” yarışmasının seçimlərində çıxış edib
16:52 22 Yanvar 2018
122 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Opera və vokal ifaçısı Oya Ergün Türkiyənin məhşur “Sinemanın kral və kraliçası” yarışmasının Azərbaycandakı seçimlərində çıxış edib.
"Report" xəbər verir ki, sənətçi  yarışmada sevilən mahnılarını ifa edib. 
Yarışmada münsif heyətində Atilla Kalplakarslan, Solaker, Arif İşık, Ceren Kalplakarslan, Tamer Karadağlı, Osman Avnı Kütükoğlu, Vilma Elles, Arif Kerem Göğüş, Salih Güney, köşə yazarı Caner Burdak və Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid, aktrisa Məlahət Abbasova və modelyer Gülnarə Xəlilova yer alıb.
Onlar Azərbaycanın kral və kraliçasını seçiblər.
İştirakçılardan “Miss Union-2017” Beynalxalq gözəllik müsabiqəsinin qalibi Səhər Əkbər və Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsi Pərviz Musayev qalib seçilib. Gənclər Türkiyə filmlərində rol alacaqlar.



Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/oya-ergun-sinemanin-kral-ve-kralicasi-yarismasinin-secimlerinde-cixis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR