Rusiya klubunun futbolçusu "Neftçi" üzərində böyük hesablı qələbəni şərh edib

Rusiya klubunun futbolçusu "Neftçi" üzərində böyük hesablı qələbəni şərh edib
09:42 23 Yanvar 2018
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ “İlk dəqiqələrdən bir neçə qol vurmağa müvəffəq olduq. Yaxşı oyun keçirdik və təlim-məşq toplanışında qısamüddətli fasiləyə əla əhval-ruhiyyədə yollanırıq”.
“Report” xəbər verir ki, bunu Rusiyanın “OİK-Xabarovsk” komandasının futbolçusu Vitali Fedotov “Neftçi”ni 8:1 hesabı ilə məğlub etdikləri yoxlama matçından sonra deyib.
27 yaşlı ukraynalı yarımmüdafiəçi Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində baş tutan görüşün yağışlı hava şəraitinə təsadüf etməsinə də toxunub. O, bildirib ki, istənilən havada oynamağa uyğunlaşmaq lazımdır: “Yağışın yağması normaldır. Futbolu istənilən hava şəraitində oynayırlar. Xabarovskda mənfi 15 dərəcədə oynamaq asan deyil. İstənilən hava şəraitinə uyğunlaşmaq lazımdır. Əlbəttə, yağış matça təsirini göstərdi. Məsələn, topun meydanda sürüşməsi. Ancaq biz daha çox kombinasiyalı futbola və yerlə ötürmələrə üstünlük verməyə çalışırdıq”.
Qeyd edək ki, “OİK-Xabarovsk” Rusiya Premyer Liqasının geridə qalan 20 turundan sonra 12 xalla sonuncu pillədə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/rusiya-klubunun-futbolcusu-neftci-uzerinde-boyuk-hesabli-qelebeni-serh-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR