Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/
Daxili İşlər Nazirliyi Qaradağ rayonu Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Trend DİN-in saytına istinadən bildirir ki, yanvarın 9-da saat 9 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində Göygöl rayon sakini Yasin Cabbarov idarə etdiyi “Daewoo” markalı avtomobili yol ayırıcısına vurub.
Onun sərnişinlərindən həmyerliləri Altay Sadıxov və Yasəmən Hacıyeva hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az