Bakıda gizlədilən odlu silah aşkarlandı - FOTO

Bakıda gizlədilən odlu silah aşkarlandı - FOTO
11:13 23 Yanvar 2018
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməkdaşları Bakıda gizlədilən odlu silah aşkarlayıb.

Bu barədə Trend-ə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Penitensiar xidmətinin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Sabunçu rayonu Pirşağı şossesi 2-ci Sovxoz ərazisində yerləşən yanğınsöndürmə məntəqəsi ilə üzbəüz şam ağacının altında xüsusi üsul ilə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd Rusiya istehsalı olan odlu silah – tüfəng aşkar edilərək götürülüb

Fakt üzrə Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/228672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR