İsrailin baş naziri Azərbaycan Prezidenti ilə görüşəcək

İsrailin baş naziri Azərbaycan Prezidenti ilə görüşəcək
01:22 24 Yanvar 2018
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahunun İsveçrənin Davos şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü nəzərdə tutulub.
“Report” xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.
Bildirilir ki, Binyamin Netanyahu yanvarın 23-də Ümumdünya İqtisadi Forumunun işində iştirak etmək üçün Davosa yola düşüb. Onun Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko, həmçinin Kanada və Niderlandın baş nazirləri Castin Trüdo və Mark Rütte ilə görüşləri planlaşdırılıb.
Ümumdünya İqtisadi Forumu yanvarın 23-dən 26-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-srailin-bas-naziri-azerbaycan-prezidenti-ile-gorusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR