"Səbail" klubu gürcüstanlı və moldovalı futbolçularla müqavilə bağlayacaq

"Səbail" klubu gürcüstanlı və moldovalı futbolçularla müqavilə bağlayacaq
11:07 24 Yanvar 2018
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Səbail” klubu iki futbolçu ilə müqavilə bağlayacaq.
Bu barədə “Report”a komandanın baş məşqçisi Samir Əliyev məlumat verib. O, bildirib ki, Premyer Liqanın debütantı bir müddətdir baxışda olan gürcüstanlı müdafiəçi Nikolas Apakidze və komandaya yeni qoşulan Moldova yığmasının yarımmüdafiəçisi Yevgeni Koçukla münasibətləri rəsmiləşdirəcək. Hər iki futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə bağlanılacaq.
Qeyd edək ki, “Səbail” qış fasiləsində Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi "Neftçi"), Fəhmin Muradbəyli (“Neftçi”, icarə), Kərim Diniyev ("Kəpəz") və Ruslan Əmircanovu heyətinə qatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sebail-klubu-gurcustanli-ve-moldovali-futbolcularla-muqavile-baglayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR