“Report”un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib.
O qeyd edib ki, qayda pozuntularına görə 10 min 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb: “Həmin inzibati xətaların 63,3 faizi xüsusi texniki vasitələrin köməyi ilə, qalanları isə “İ-patrul” sistemi vasitəsilə və əməkdaşlar tərəfindən aşkarlanıb”.
