Şeyxülislam ABŞ səfirini qəbul edib - FOTO

Şeyxülislam ABŞ səfirini qəbul edib - FOTO
13:34 24 Yanvar 2018
40 Digər
Ölkə mətbuatı
A- A+

Təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, İslamdaxili həmrəylik və müxtəlif dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər.
 
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az-a verilən məlumata görə, bunu QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşündə deyib.
 
A.Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə və mənəvi irsə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan QMİ-nin dinlərarası dialoq istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıb. QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq, elan olunmuş "İslam Həmrəyliyi İli"nin yekunlaşması ilə bağlı dekabrın 21-də Bakıda "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda keçirilmiş beynəlxalq konfransın doğurduğu beynəlxalq rezonans barədə səfiri məlumatlandırıb.
 
Şeyxülislam xüsusi vurğulayıb ki, narahat dünyamızda mövcud təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, İslamdaxili həmrəylik və müxtəlif dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər.
 
QMİ sədri bildirib ki, Bakı Beynəlxalq Konfransının iştirakçıları müasir dünyada mövcud olan problem və çağırışları nəzərə alaraq, dinlər və mədəniyyətlər arası dialoqun inkişaf etdirilməsini zəruri sayaraq, bu prosesin davamlılığını təmin etmək məramı ilə "Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq" Mərkəzi yaradılması barədə qərara gəldilər.
 
Azərbaycanda QMİ yanında daimi fəaliyyət göstərəcək Mərkəzin Himayədarlar Şurasında və Məşvərət Şurasında müxtəlif dünya dinlərinin təmsilçilərinin yer aldığını bildirən Şeyxülislam A.Paşazadə ABŞ-dan da 2 nümayəndənin burada üzv olduğunu səfirin diqqətinə çatdırıb.
 
Səfir R.Sekuta dünyada gedən proseslər fonunda, dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verən faciəvi hadisələrin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi dinlərarası dialoq və əməkdaşlıq modelinin əhəmiyyətini xüsusi qeyd edib. O, ABŞ-dan bu önəmli təcrübənin öyrənilməsi məramı ilə xüsusi nümayəndə heyətinin ölkəmizə baş tutmuş səfəri barədə məlumat verib.
 
Azərbaycanda, bölgədə sülh, dinlərarası dialoq mühitinin təmin olunması işində İslam dünyasının nüfuzlu şəxsiyyətlərindən biri kimi dəyərləndirdiyi Şeyxülislam A.Paşazadənin böyük rolu olduğunu bildirən səfir, ötən ilin sentyabrında QMİ sədrinin Bütün ermənilərin Katolikos-Patriarxı II Qareginlə Moskvada baş tutan görüşünün də bu baxımdan xüsusi önəmini vurğulayıb. O, ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlaması işinə xidmət edən belə ünsiyyətləri yüksək dəyərləndirdiklərini Şeyxülislamın diqqətinə çatdırıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/293078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR