"5/5"də qonaq olan Tacir Şahmaloğlu açıqlamaları ilə diqqət mərkəzində düşüb.
Milli.Az aparıcı Zaur Kamal ilə müğənninin dialoqundan bəzi məqamları təqdim edir:
Səməd Səmədovla toyda duet oxumusunuz?
- Səncə, ikimiz bir yerdə, Səmədlə alınar bizimki?
Kişi sənətçi qadın həmkarı ilə prinsipə girə bilərmi?
- Qadın xeylağı ilə nə prinsip apara bilərsən ki?! Onun qadınlığına hörmət etmək lazımdır.
Elə bir adam varmı, onu itirdiyinə peşmansan, səndən uzaqdadır?
- Var, atam! 1997-ci ildə atam gözlənilmədən qəzada dünyasını dəyişdi.
Manaf toya baha gedir, siz?
- Manafın toya neçəyə getdiyin bilmirəm. Mən toy məsələsinə bir az fərqli yanaşıram. Loru dildə desək "Dama baxıb. qan alıram".
Məhəmməd Vaqif
Milli.Az