Almaniyanın Köln şəhərində polis PKK tərəfdarlarının aksiyasının qarşısını alıb.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiyanın dağıdılması zamanı iki nəfər saxlanılıb.
Polisin məlumatına görə, aksiya iştirakçıları, xəbərdarlığa məhəl qoymayaraq, PKK bayraqları və terror təşkilatının lideri Abdulla Öcalanın portretlərini qaldırıblar.
Qeyd edək ki, Almaniyada terror təşkilatlarına aid atributların nümayiş etdirilməsi qadağandır.