Yevlax. 30 yanavar. REPORT.AZ/ Bakı-Qazax yolunun Yevlax şəhərindən keçən hissəsində yüksək sürətlə hərəkətdə olan yanacaq daşıyan maşın işıq dirəyinə çırpılıb.
"Report"un Qərb bürosu xəbər verir ki, nəticədə avtomobilə ciddi ziyan dəyib, yanacaq isə ətrafa dağılıb.
Qəza zamanı sürücünün xəsarət aldığı bildirilir.
Hazırda əraziyə DYP əməkdaşları cəlb olunub. Qəza baş verən yerdə avtomobillərin hərəkətində müəyyən çətinliklər yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Qazax yolunda yanacaq daşıyan maşın qəzaya uğrayıb, yanacaq ətrafa dağılıb
Bakı-Qazax yolunda yanacaq daşıyan maşın qəzaya uğrayıb, yanacaq ətrafa dağılıb