Azərbaycan sülhməramlıları Kabil beynəlxalq hava limanını qoruyacaqlar

16:12 10 Yanvar 2015
165 Sosial
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 16:11 ]

Bakı. Etibar Məmmədov – APA. "N" saylı hərbi hissədə Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınması mərasimi keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıblar, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər. 

 

Yeni tapşırığa əsasən sülhməramlılarımız Kabil şəhərində yerləşən beynəlxalq hava limanını qoruyacaqlar.


Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu, o cümlədən iki hərbi həkimi və iki mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR