Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində strateji təpələr və yolların üzərindəki daha bir neçə kəndi ələ keçirib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə qırıcıları Minniğ hava limanı, Maranez və Bafelyum təpələri, həmçinin PYD-nin Kilisə raket atdığı Darmık dağını bombardman edir.

Türkiyə-Suriya sərhədində yerləşən Bak Ubasi kəndi bu gün səhər saatlarında terrorçulardan alınıb. Kilisin qərbində yerləşən kəndin təmizlənməsi ilə səkkizinci cəbhədə əməliyyat başlayıb.

Ömər Dağlı