İstanbulda avtobus insanların gözlədiyi dayanacağa girib, 3 nəfər ölüb
Paylaş
·79 baxış·1 dəq oxu
Bakı. 1 fevral. REPORT.AZ/ İstanbulun Üsküdar rayonunda avtobusun sərnişin dayanacağına girməsi nəticəsində 3 nəfər ölüb. “Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli insan yaralanıb. Hadisə yerinə çoxlu sayda polis əməkdaşı və təcili tibbi yardım heyəti cəlb edilib. Avtobus Ataşehir-Kadıköy marşrutu üzrə hərkət edirmiş.