Futzal üzrə milli komandamız AVRO-2018-in final mərhələsində bu gün ilk qrup matçına çıxacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Sloveniyada təşkil olunan qitə birinciliyində yığmamız Fransa yığmasına qarşı debüt edəcək.
Ardıcıl beşinci dəfə nüfuzlu turnirin final mərhələsində yarışacaq komandamız çempionata qələbə ilə başlamaq arzusundadı.
Fransa millimiz üçün tanış rəqibdi. Daha əvvəl Fransa futzalçıları ilə AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində qarşılaşan rəqiblərin oyununda komandamız 4:2 hesabı ilə qələbə qazanmış və Xorvatiyada keçirilən Avropa çempionatına vəsiqə qazanmışdı.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və CBC Sport kanalında canlı yayımlanacaq.
AVRO-2018 - D qrupu - 2 fevral
21:00. Azərbaycan - Fransa
Hakimlər: Angelo Qalante (İtaliya), Alessandro Malfer (İtaliya), Ondrej Cernidən (Çexiya)
Slovakiya, Lyublyana, "Stojica Arena"
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 8. Rizvan Fərzəliyev (k), 1. Emin Kürdov (q), 13. Everton Kardoso, 14. Vitali Borisov, 7. Ramiz Çovdarov, 4. İsa Atayev, 6. Eduardo Borges, 5. Fineo de Araujo, 11. Xətai Bağırov, 2. Samir Həmzəyev, 18. Namiq Məmmədkərimov
Baş məşqçi: Joze Alesio Da Silva
Fransa: 1. Camel Haroun (q,k), 6. Kevn Ramires, 8. Azdin Ayqoun, 20. Souheyl Mouhoudine, 10. Abdessamad Mohammed, 12. Ba El Maarouf Kerroumi (q), 16. Joevin Durot, 18. Samba Kebe, 2. Sid Belhaj, 5. Boulaye Ba, 19. Adrien Qasmi, 14. Samir Alla, 11. Landri Nqala, 7. Mişel De Sa Andrade
Baş məşqçi: Pierre Jacky
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində