Müğənni Şakira ilə futbolçu əri Jerar Pike ad günlərini qeyd edirlər.
Milli.Az axşam.az-a istinadən bildirir ki, eyni gündə anadan olan cütlüyün 10 yaş fərqi var. Şakiranın 41, Pikenin isə 31 yaşı tamam olur. Bir qədər əvvəl ayrıldığı deyilən cütlük doğum gününü bir yerdə qeyd ediblər.
Qeyd edək ki, Şakira ilə Pike 2010-cu ildə "Waka Waka" klipinin çəkilişi zamanı tanış olublar. Milan və Saşa adlı iki oğlu olan cütlük vətəndaş nikahında yaşayır.
Milli.Az