Futzal üzrə milli komandamız bu gün futzal üzrə Avropa çempionatında qrupdakı ikinci oyununa çıxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız İspaniya ilə görüşəcək.

3 komandadan ibarət qrupda ilk oyunda Fransa yığmasına qalib gələn Joze Alesionun yetirmələri artıq 1/4 finala çıxmağı təmin ediblər. Belə ki, bu qrupun ilk matçında Fransa ilə İspaniyanın heç-heçə oynaması millimizin önünü erkən açıb.

Turnirin favoritlərindən hesab olunan "buğalar"la görüş isə qrupdakı yerimizin müəyyənləşməsi və 1/4 finaldakı rəqibimizin kim olması baxımından əhəmiyyətlidir.

İspaniya yığması millimizə uduzacağı təqdirdə qrupda qalmaq ehtimalı olduğundan görüşün gərgin keçəcəyini proqnozlaşdırmaq olar.

AVRO-2018

D qrupu

4 fevral

23:45. Azərbaycan - İspaniya

Hakimlər: Vladimir Kadikov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya)

Sloveniya, Lyublyana, "Stojica Arena"

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 5. Fineo de Araujo, 6. Eduardo Borqes, 13. Everton Kardoso, 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassoura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov

Baş məşqçi: Joze Alesio da Silva

Turnir cədvəli

1.

Azərbaycan

1

1

0

0

5:3

3

2.

İspanyia

1

0

1

0

4:4

1

3.

Fransa

2

0

1

1

7:9

1

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin