Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone "Valensiya"ya 1:0 hesabı ilə qalib gəldikləri İspaniya La Liqasının XXII tur matçından sonra hakimlərdən narazılıq edib.

Milli.Az report-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis oyun zamanı aşkar penaltinin təyin olunmadığını söyləyib.

"Baxaq, görək gözəl günlərin birində öz lehimizə penalti qazana biləcəyikmi? "Valensiya" ilə oyun zamanı Qodinin epizodunda penalti təyin olunmursa, deməli, futbolçumuzu öldürməlidirlər ki, referi "ağ nöqtə"ni göstərsin" - Simeone bildirib.

Qeyd edək ki, Dieqo Qodin "Valensiya"nın cərimə meydançasında top uğrunda mübarizə apardığı vaxt bir neçə dişindən məhrum olub. Lakin baş hakim penalti təyin etməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində