Ermənistanın sabiq müdafiə naziri, general-leytinant Vaqarşak Arutyunyan Azərbaycan ordusunun gücü ilə bağlı “News.am” saytına açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, V.Arutyunyan bildirib ki, Azərbaycan ordusunun taktiki silah növləri daha çoxdur. O, Azərbaycan ordusunun üstün olduğunu və daha çox silahlarla təchiz edildiyini etiraf edib.

Erməni generalın sözlərinə görə, 1990-ci ildən sonra Ermənistan ordusunun təxminən 4000 zabiti Rusiya hərbi ali məktəblərində hazırlıq keçib. Arutyunyan deyib ki, Rusiya Ermənistan ordusuna “Skad” və “İskəndər” raketlərini, “S-300” zenit raket kompleksini verib.