Bu gün futzal üzrə Avropa çempionatında növbəti 1/4 final oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamız yarımfinala vəsiqə uğrunda Portuqaliya ilə qarşılaşacaq.

Qrupdakı son oyununda İspaniyaya 0:1 hesabı ilə uduzan, bununla belə, qrup ikincisi kimi növbəti mərhələyə adlayan komandamız bu dəfə də qitənin ən güclülərindən olan portuqallar qarşısında qələbə axtarışında olacaq.

Bu görüş iki komanda arasında 12-ci qarşılaşma olacaq. İndiyədək baş tutan oyunların 5-i rəsmi, 6-sı isə yoxlama xarakterli olub.

Təəsüf ki, geridə qalan 11 oyunun heç birində komandamız qələbə qazana bilməyiblər. Rəqibi qarşısında cəmi 3 dəfə heç-heçəyə sevinə bilən millimizin DÇ-2016-da yolunu da Portuqaliya yığması kəsmişdi.

Qitə birinciliyinə iddialı yollanan Joze Alesionun yetirmələri bu dəfə tilsimi qırmaq əzmindədi.

Qeyd edək ki, matç saat 21:00-da start götürəcək.

AVRO-2018

1/4 final

Portuqaliya - Azərbaycan - 8:1

Qollar: Pedro Kari, 2.05, 5.43; Pani Varela, 9.40; Rikardinyo, 10.31, 19.32, 25.31, 31.15; Bruno Koelyo, 24.09 - Everton Kardoso, 0.54

Hakimlər: Andrey Çerni (Çexiya), Kamil Çətin (Türkiyə), Saşa Tomiç (Xorvatiya)

Sloveniya. Lyublyana, "Stojica Arena"

Portuqaliya: 12. Andre Souza (q), 6. Pedro Kari, 7. Bruno Koelyo, 9. Joao Matos, 10. Rikardinyo (k)

Ehtiyat oyunçular: 1. Bebe (q), 14. Vitor Uqo (q), 2. Andre Koelyo, 3. Tunya, 4. Nilson Migel, 5. Fabio Sesilio, 8. Marsio Moreyra, Pani Varela, 13. Tiaqo Brito

Baş məşqçi: Xorxe Braz

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 5. Fineo de Araujo, 6. Eduardo Borqes, 13. Everton Kardoso

Ehtiyat oyunçular: 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassoura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov

Baş məşqçi: Joze Alesio da Silva

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin