Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə ediləcək

Fevralın 13-də Milli Məclisin plenar iclası keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, iclasın gündəliyinə 18 məsələ daxildir. Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihələridir.

Qeyd edək ki, plenar iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə də baxılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR