Türkiyənin ATV kanalında yayımlanan “Sen anlat Karadeniz” serialındakı xətalar izləyicilərin diqqətindən qaçmayıb.
Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, yüksək reytinqli serialda ekran işində baş rolda çəkilən İrem Helvacıoğlunun (Nəfəs) etdiyi səhvlər diqqəti çəkib. Bölümdə aktrisanın palçığa batmış ağ paltarı daha sonra ağappaq görüntülənir. Bundan başqa, tez-tez güzgüdə kameralar görünür. Başqa bir kadrda dənizə tullanan Tahirin paltarı dənizdən çıxdıqdan sonra quru görüntülənir. Bütün bunlar tamaşaçıların “bu qədər də olmaz” etirazına səbəb olub.
| Xuraman Şuşalı ailəsi ilə birlikdə - VİDEO / FOTOLAR - Oxumaq üçün tıkla |