Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VI qurultayıilə bağlı fikir bildirib.

Metbuat.az-ın məlumatına görə, PA rəsmisi deyib: “Möhtəşəm bir qurultay. Səmimi, ürəkdən gələn, gələcəyə inamlı və ümid dolu çıxışlar. Ölkənin müxtəlif region və təşkilatlarının nümayəndələrinin nitqləri bir leytmotiv üzərində köklənmişdi: Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı prezident İlham Əliyev olmalıdır. İstər-istəməz dahi Heydər Əliyevin aşağıdakı cümlələrini xatırladım:

“Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram... Mən ona özüm qədər inanıram və gələcəyinə Böyük ümidlər bəsləyirəm”.

Qurultayda elə təəssürat yaranmışdı ki, sanki hamı bu müdrik kəlamları xatırlayır. Düşünürəm, şübhəsiz Azərbaycan xalqı prezident İlham Əliyevə inanır.