Məşhur rəqqasə Tanyelinin keçmiş həyat yoldaşı ilə 8 ildir davam edən məhkəmə çəkişməsi başa çatıb.

Metbuat.az Türkiyə KİV-inə istinadən bildirir ki, məhkəmə Tanyelinin oğlunun həyat yoldaşından olmadığına qərar verərək məşhur rəqqasəyə şok yaşadıb.

Zərgər Yusif Uğur Sadıkoğlu keçmiş həyat yoldaşından olan uşağın doğma oğlu olmadığını iddia etmişdi. 2010-ci ildə məhkəməyə müraciət edərək, "Tanyeli məni aldatdı. Taylan mənim uşağım deyil. DNT testi keçirilməsini istəyirəm" deyə dava açmışdı. Tanyeli isə keçmiş həyat yoldaşının reklam məqsədilə yalan söylədiyini önə sürərək, "Uşağın ondan olduğunu çox yaxşı bilir" - demişdi.

Aradan 10 il keçib və məhkəmə Taylanın atasının Yusif Uğur olmadığına qərar verib.

Tanyeli müsahibəsində bunları demişdi: "O, 14 yaşında həyatımı məhv etdi. Ana olanda bədənim də inkişaf etməmişdi. Biz 6 il öz-özlüyündə birgə yaşadıq. Əqli sübut edəndə də evləndik. Heç utanmır? İllər sonra öz oğluna belə bir iddia qaldırır? Taylan onun doğma oğludur"!


http://matbuat.az/news/892796/meshur-model-20-ci-mertebeden-dusdu.html