Vladimir Putin Moskva vilayətində An-148 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı göndərib.

Metbuat.az xəbər verir ki, Rusiya prezidenti qəzanın araşdırılması üzrə komissiyanın yaradılması əmrini verib.

Putinin mətbuat katibi Dmitri Peskov: "Prezident Moskva vilayətində təyyarə qəzası ilə bağlı xüsusi komissiyanın yaradılmasını hökumətə tapşırıb".

Qeyd edək ki, bu gün günorta saatlarında Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb və 65-i sərnişin, 6-sı ekipaj üzvü olmaqla 71 nəfərin həlak olduğu bildirilir.

Sərdar Məmmədov / Metbuat.az


SON DƏQİQƏ: Rusiyada təyyarə qəzaya uğradı - Sağ qalan yoxdur - Oxumaq üçün tıkla