"Zeytun Budağı" əməliyyatı 25-ci günündə uğurla davam edərkən, Mehmetcik YPG-li terrorçuların əhəmiyyətli bir sursat anbarını daha ələ keçirib.

Metbuat.az-ın xəbərinə görə, Türk əsgərlərdən qorxub qaçan terrorçuların saxlandığı mağarada yaşayış otaqları da tapılıb. Həmin anları Mehmetciklərdən biri mobil telefonu ilə çəkib.

Sözügedən görüntünü təqdim edirik:

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) açıqlamasına görə, "Zeytun budağı" əməliyyatı başlayan gündən etibarən, 1439 terrorçu zərərsizləşdirilib. TSQ dünənki əməliyyatda isə 70 terrorçunu zərərsizləşdirdiklərini bildirib.

Aysel Yaqubqızı / Metbuat.az