Türkiyənin Ordu şəhərində 22 yaşlı gənc qız yolda gedərkən iki şəxs tərəfindən zorla qaçırılıb.
Metbuat.az-ın xəbərinə görə, hadisə Ordu şəhərinin Kumru rayonunda baş verib. Qızın qarşısını kəsən gənclər onu maşına mindirərək aparıb. Həmin anlar təhlükəsizlik kameralarına düşüb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Gənc qızın Ergentürk məhəlləsində bir evdə saxlandığı və ilk fürsətdə oradan qaçdığı məlum olub.
Məlumata görə, qızı qaçıranlardan biri onunla evlənmək istəyib. Qız isə polisə verdiyi açıqlamada həmin şəxsləri ilk dəfə gördüyünü bildirib.
Kimliyi məlum olan şəxslər hər yerdə axtarılır.
Aysel Yaqubqızı / Metbuat.az