Türkiyənin “Yeşilçam” ulduzu Perihan Savaş sevgililər günü dünyasını dəyişən ərini yad edib.
Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, aktrisa 6 il evli qaldığı ərini hələ də sevdiyini etiraf edib:
“Gözəl həyat yoldaşım, mənə eşqin nə demək olduğunu öyrədən insan. Məni və yeganə oğlumuz Savaşı yarı yolda qoydun. Hər ikimiz göylərə baxdıqda sənin gülər üzünü görürürk. Sənin üçün çox darıxmışam. Mənə yaşatdığın gözəl hislər üçün sənə sonsuz təşəkkür edirəm. Nur içində yat, gözəl ürəkli insan. Oğlumuz mənə əmanətdir.”
Qeyd edək ki, Yılmaz Zafer 1995-ci ildə - 39 yaşında infarkt keçirdikdən sonra ağır xəstəlikdən dünyasını dəyişib.

| “Yaxşı edib, həbs ediblər” - Zenfira tutulan həyat
yoldaşından danışdı - Oxumaq üçün tıkla |