“Report” çempionatın rəsmi saytına istinadən xəbər verir ki, 7 paketdən 4-nü (128 oyun) “Sky Sports” əldə edib. Bir paketi isə (32 oyun) “BT Sport” alıb. Digər iki paket hələlik satılmayıb.
Qeyd edək ki, 2019-cu ilədək qüvvədə olan 3 illik teleyayım hüququnun dəyəri 5,14 milyard təşkil edir.