“Sevdiyin kişi çirkin və pullu
olmalıdır”.
Publika.az xəbər verir ki, bu sözləri ARB TV-nin
“Səhər-Səhər” verlişinin qonağı olan müğənni Xumar Qəmimova
deyib.
Əməkdar artist ilk sevgisindən danışıb:
“Mən ilk dəfə 4-cü sinifdə sevmişəm. Hər ikimiz 4-cü sinifdə
oxuyurduq. Amma mən və o ayrı məktəblərdə idik. Ümumiyyətlə, mənim
sevmədiyim zaman olmayıb. Mən hər zaman sevmişəm”.
Sənətçi daha sonra bəyəndiyi kişi obrazını izah edib:
“Mən göyçək kişi sevə bilmərəm. Heç vaxt gözəl görünüşlü birinə
kişi kimi aşiq ola bilmərəm. Mən çirkin sevirəm. Baxırsan çirkindi,
amma gözəldən də gözəldir. Əslində çirkin deyil, karizmatik olsun.
Sonra isə cibi gəlir. İkisi bir yerdə olmalıdır”.