100 milyon insan bu səbəblə ölə bilər

Elm adamları Kyuşu adası yaxınlığındakı Kikai Kalderada dənizin altında partlamağa hazır vulkan olduğunu açıqlayıb.

Metbuat.az-ın xəbərinə görə, mütəxəssislər vulkanın partlaması halında ən az 100 milyon insanı öldürə biləcəyini iddia edərək, vulkanın gələcək 100 il içərisində partlayış ehtimalının bir faiz olduğunu bildirib.

"KOBEC" tərəfindən aparılan araşdırmada vulkanın 7300 il əvvəl Yaponiyanın cənubundakı Jomon sivilizasiyasını məhv etdiyi məlum olub. Jomon sivilizasiya ilk Yapon icması kimi tanınan qrup olaraq balıqçılıq və ovçuluqla məşğul olub.

Alimlər vulkanın partlaması nəticəsində, Yaponiyanın cənubunda Tayvan və Çində sunami baş verəcəyi xəbərdarlığını edib.

Aysel Yaqubqızı / Metbuat.az

Kosmosa göndərilən raket UNO görüntüsünü qeydə aldı - Dünya şokda/ VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR