Türkiyədə dəhşətli hadisə yaşanıb.
Metbuat.az xəbər verir ki, Dənizli ərazisində ailə münaqişəsi zəminində ata arvadını və 15 yaşlı qızını ov tüfəngi ilə vurub. Belə ki, boşanma ərəfəsində olan ər və arvad arasında mübahisə yaranıb. Bundan əsəbiləşən kişi evdəki ov tüfəngi ilə əvvəlcə qızını və arvadını, daha sonra isə özünü vurub. Səs-küyə gələn sakinlər dərhal təcili tibbi yardıma və polisə zəng vurublar.
Məlumata görə, ana və qız xəstəxanada dünyasını dəyişib. Kişinin vəziyyəti isə ağır olaraq qalır.
Sərdar Məmmədov / Metbuat.az
Hamı bu günü gözləyir - Gecə saatlarından etibarən başlayacaq - Oxumaq üçün tıkla