İngiltərənin məşhur futbolçularından biri, "Everton"un oyunçusu Ueyn Runinin 4-cü övladı dünyaya gəlib.

Milli.Az The Sun-a istinadən bildirir ki, 32 yaşlı futbolçu bu barədə Twitter-dəki akkauntunda belə yazıb: "Körpəmizi salamlamağımıza bəxtəvərik. Oğlandır. Çəkisi 3,5 kq olan Kass Mak Runi doğulub. O, gözəldir".

Kass ailənin 4-cü oğludur.

Ueyn Runi və onun 31 yaşlı xanımı Kolin Runi arasında münasibətlər son vaxtlar çox sərinləşib. Ötən ilin avqustunda futbolçu əxlaqsız qadını maşınında evə aparmışdı. Sükan arxasındakı Ueyn Runi sərxoş idi.

Kolin boşanacağını desə də, sonradan əri ilə barışmışdı.

Ueyn və Kolin Runilər 2008-ci ildə evləniblər. Ailədə 8 yaşlı Kay, 4 yaşlı Klay və 2 yaşlı Kit adlı üç oğul böyüyür.

Milli.Az