Meksikanın Pinotepa De Don Luis bölgəsində 7.2 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, ABŞ Geoloji Araşdırma Mərkəzinin məlumatlarına görə, zəlzələnin episentri yerin 43 kilometr dərinliyində qeydə alınıb.

Meksikanın cənub və orta bölgələrində hiss edilən zəlzələnin ardından 5.8 bal gücündə afterşoklar baş verib.

Dağıntı və insan tələfatı ilə bağlı hələ ki, məlumat yoxdur.

Aysel Yaqubqızı / Metbuat.az