39 arvadı, 94 uşağı var

Hindistanın Mizoram əyalətində Baktawng kəndində yaşayan Ziona Chananın düz 39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi var.

Metbuat.az "Takvim" qəzetinə istinadən bildirir ki, Ziona 180 nəfərlik ailəsi ilə 4 mərtəbəli, 100 otaqlı evdə eyni damın altında yaşayır.

Geniş ailəsinin bütün kişi üzvlərinin dülgərliklə məşğul olduğunu söyləyən ata, "Bir dəfə də hökumətdən maddi yardım almamışıq" deyərək də öyünür.

İlk evliliyini 17 yaşında edən Ziona, bir dəfə bir il ərzində 10 dəfə evlənib.

Ən son keçən il evlənən Zionanın evində xüsusi bir otağı var.

Gecəni zamana görə yoldaşları ilə keçirir.

Evdə adi bir yeməkdə 30 toyuq ilə 100 kiloqram düyü bişirilir, 60 kilo kartof soyulur.

Tural İsmayılov/ Metbuat.az

http://matbuat.az/news/899373/genc-qadin-barmagini-kesib-gorun-ne-etdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR