VAŞİNQTONDAN İDDİA: "Planı "Putinin aşpazı" maliyyələşdirib"

VAŞİNQTONDAN İDDİA: "Planı "Putinin aşpazı" maliyyələşdirib"
11:39 18 Fevral 2018
89 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prokurorluğunun 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinin nəticələsinə Rusiyanın müdaxiləsi iddiası ilə bağlı apardığı araşdırma yekunlaşıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluq araşdırmanın yekunu olaraq ittiham sənədi hazırlayıb və bu sənədin bəzi detalları məlum olub. Sənəddə Rusiyanın qeyri-qanuni yolla seçkinin nəticələrinə müdaxilə etdiyi və bununla “nifrət toxumları səpmək” niyyəti güddüyü qeyd edilib. Rusiyanın müdaxilə planını “Putinin aşpazı” kod adı ilə milyonçu Yevgeni Priqozin maliyyələşdirdiyi iddia olunub.

 

Prokurorluğun xüsusi müstəntiqi Robert Mullerin hazırladığı sənəddə 13 Rusiya vətəndaşı və 3 qurum cavabdeh göstərilib. Qeyd edilib ki, Rusiya 2016-cı il prezident seçkiləri ərəfəsində seçicilərin və ictimaiyyətin düşüncəsini dəyişmək üçün müxtəlif yollara əl atıb və minlərlə yalan xəbər tirajlayıb. Sənəddə Rusiya mediasının təqdim etdiyi yalan xəbərlərdən bəziləri də qeyd edilib.

 

Araşdırmanın ABŞ-a aid hissəsində ABŞ-ın hazırkı prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Mikael Flinin də daxil olduğu 4 nəfər cavabdeh göstərilib. Onun ruslarla əlaqədə olduğu qeyd edilib.

 

Qeyd edək ki, “Putinin aşpazı” ləqəbli Yevgeni Priqozin adının həmin sənəddə xüsusi vurğulanmasına görə məyus olmadığını, “Onlar şeytan axtarırlarsa, görsünlər” özlərini deyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/294908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR