Avropa Birliyindən Türkiyəyə əxlaqsız və alçaldıcı təklif

Avropa Birliyindən Türkiyəyə əxlaqsız və alçaldıcı təklif
11:48 18 Fevral 2018
197 Dünya
Ölkə mətbuatı
A- A+

PKK, PYD, YPG, FETÖ və digər terror şəbəkəsi mənsublarına qucaq açan Avropa Birliyi ölkələri Türkiyə ilə viza sadələşdirilməsi üçün Ankaraya alçaldıcı şərtlər irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Avropa Birliyi Türkiyə ilə viza sadələşdirilməsinə getməyin qarşılığında qardaş ölkənin terrorla mübarizə haqqında qanunun sadələşdirilməsi və Afrin əməliyyatının başa çatdırılmasını tələb edib.

Bu açıqlama Avropa Birliyi xarici işlər nazirlərinin Sofiyada keçirdiyi toplantı zamanı ortaya atılıb. Belə bir təkliflə Belçika xarici işlər naziri Didier Reynders çıxış edib.

Türkiyənin Avropa Birliyi üzrə naziri Ömər Çelik isə bəyan edib ki, “Terrorla mübarizə haqqında” qanun nüzakirə mövzusu ola bilməz, “Zeytun budağı” əməliyyatı isə sona qədər davam etdiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/231607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR