İstanbulda iki ticarət mərkəzində partlayıcı qurğu aşkarlanıb

23:52 10 Yanvar 2015
130 Dünya
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 23:46 ]

Bakı-APA. İstanbulda iki ticarət mərkəzində əldə düzəltmə partlayıcı qurğu aşkarlanıb.

APA-nın “Doğan” agentliyinə istinadən verdiyi xəbərə görə,  İstanbulun Basakşehir rayonunda yerləşən ticarət mərkəzində şübhəli bağlama aşkarlayan müştərilər bu barədə polisi məlumatlandırıblar. Hadisə yerinə cəlb olunan istehkamçılar bağlamada qaz bombası aşkarlayaraq zərərsizləşdiriblər.   

 

Analoji partlayıcı qurğu İstanbulun Sefakoy rayonunda yerləşən ticarət mərkəzində aşkarlanıb.  Hadisə yerlərində təhlükəsizlik tədbirləri görülüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR