Hadisə ölkə prezidentinə ağlayaraq müraciət edib

Türkiyənin Adana və Antalya bölgəsində azyaşlı uşaqlara təcavüz hadisəsindən sonra məşhurlar sosial mediada “Uşaq susar, sən susma” kampaniyasına başlayıblar.

Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, məşhurların arasına müğənni Hadisə də qoşulub.

Hadisə Kıbrısda konsertindən öncə jurnalistlərin suallarını cavablandırıb. Müğənni azyaşlıların başına gətirilən haisədən gözyaşlarına hakim ola bilmədiyini söyləyib.
“Hörmətli Prezident, Baş nazir və Ədliyyə nazirinə səslənərək xahiş edirəm. Cəzalar dəyişdirilsin. Azyaşlılara təcavüz edənlər yaşamasın. Edam geri gəlsin. Yadıma düşdükcə dözə bilmirəm, ürəyim yanır. Əminəm ki, ana olan qadınlara bu hadisələr daha çox təsir edir. Sənətçi yoldaşlarımızla bir yerə toplanıb prezident və ədliyyə nazirin yanına gedib bir şey edə bilərik. Ölkəm xaricdə belə bir xəbərlə yadda qalmamalıdır.”

"Beşiktaş"da oynayan futbolçunun xanımı çılpaq fotosu ilə - Hər kəsi təəccübləndirdi / FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR