Azərbaycan Premyer Liqası və ölkə kubokunun təqvimində dəyişikliklər edilib

Azərbaycan Premyer Liqası və ölkə kubokunun təqvimində dəyişikliklər edilib
13:02 20 Fevral 2018
75 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Peşəkar Futbol Liqası 2017/2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişiklik edib. 
"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan milli komandasının mart toplanışı və yoxlama görüşləri, eləcə də 11 aprel Prezident seçkiləri ilə əlaqədardır. 
Premyer Liqa və Azərbaycan Kubokunun təqvimində aşağıdakı dəyişikliklər gerçəkləşib:
XIX turunun “Kəpəz” – “Qəbələ” və “Keşlə”- “Neftçi” matçları martın 9-da, “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları isə martın 10-da keçiriləcək.
XX turun “Keşlə”- “Qəbələ” matçı martın 13-də, turun digər üç oyunu isə martın 14-də olacaq.
Azərbaycan Kubokunun ½ final mərhələsinin ilk oyunları aprelin 11-dən aprelin 12-nə keçirilib.
XXIII turun “Zirə” – “Neftçi” matçı aprelin 14-dən aprelin 15-nə keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasi-ve-olke-kubokunun-teqviminde-deyisiklikler-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR