SKANDAL! İki uşağının hər birinin atası başqaları imiş

Türk iş adamı həyatının şokunu yaşayıb.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, həyat yoldaşından boşandıqdan sonra məhkəməyə müraciət edən ata hər iki uşağının atalarının fərqli olduğunu öyrənib.

Almaniyada yaşayan iş adamı Y.E. həyat yoldaşı B.E.dən boşandıqdan sonra 2 uşağı ilə bağlı duyduğu söz-söhbətlərə görə məhkəməyə müraciət edib.

6 və 8 yaşlı qardaşlara DNT testində, illərdir böyütdüyü uşaqların özündən deyil, fərqli 2 kişidən olduğu ortaya çıxıb.

Alman qanunlarına görə, 2 uşağı övladlıqdan çıxaran Y.E. həyatının şokunu yaşayıb.

Tural İsmayılov/ Metbuat.az

Buna da bax


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR