Vüsalə Mahirqızı və Rauf Arifoğlu “Gündəlik Teleqraf” media qrupunda - FOTO

Vüsalə Mahirqızı və Rauf Arifoğlu “Gündəlik Teleqraf” media qrupunda - FOTO
18:43 20 Fevral 2018
76 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Gündəlik Teleqraf” media qrupunun qonağı olub.

Publika.az xəbər verir ki, “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Gündəlik Teleqraf” Media qrupunun rəhbəri Aynur Camalqızı və Media qrupunun əməkdaşları tərəfindən hərarətlə qarşılanıb.

Qonaqlar ilk olaraq “Gündəlik Teleqraf” Media qrupunun binası və iş sistemi ilə tanış olub.

Media kapitanları daha sonra işgüzar müzakirələr aparıblar. Görüşdə ölkə mediasının problemləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı əməkdaşlıq perspektivləri istiqamətini müzakirə ediblər. Problemlərlə bağlı ortaq və koordinasiyalı çalışmaların davam etdirilməsi qərar alınıb.

Qonaqlar həmçinin, “Gündəlik Teleqraf” Media Qrupun daxilində olan - Publika.az, Teleqraf.com, Axar.az saytlarının əməkdaşları ilə də görüşüblər.

Daha sonra “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu jurnalistlərin suallarını cavablandırıb.

Foto: Elnur Muxtar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/231883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR