Iranda aviaqəza yerindən 45 meyit tapıldı

Iranda aviaqəza yerindən 45 meyit tapıldı
23:29 20 Fevral 2018
110 Digər
Ölkə mətbuatı
A- A+

İranda təyyarənin qəzaya uğradığı ərazidən 45 nəfərin cəsədi aşkarlanıb

 

İranda təyyarə qəzası nəticəsində ölənlərdən 45 nəfərin cəsədi aşkarlanıb. APA-nın xəbərinə  görə, bu barədə “Press TV” məlumat yayıb.     

 

Məlumata görə, axtarış işləri 4 500 metr hündürlükdə, mürəkkəb meteoroloji şəraitdə aparılır. Hadisə yerinə 100-dən çox xilasedicilərin çalışdığı, əməliyyata 7 helikopterin cəlb edildiyi bildirilir.   

 

Qeyd edək ki, İranın “Aseman Airlines” aviaşirkətinə məxsus, Tehran-Yasuc marşrutu üzrə uçan   “ATR-72” tipli sərnişin təyyarəsi fevralın 18-də İsfahan əyalətində qəzaya uğrayıb. Qəza nəticəsində 66 nəfər ölüb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR