Ən yaxın dostu ilə sevgili olub

Ərinin dostu ilə sevgili olub ərini öldürən qadının cinayət hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, Alibeyköydəki evində ölü tapılan adamın, həbsxanada olduğu zaman arvadı ilə əlaqə quran, daha sonra da sevgili olan yoldaşı tərəfindən öldürüldüyü ortaya çıxdı.

Eyüpsultan Alibeyköydəki evində ölü tapılan 35 yaşlı Ənvər Kosovonun, boşanma mərhələsindəki yoldaşının sevgilisi tərəfindən pompalı tüfənglə öldürüldüyü öyrənildi. Kosovonun arvadı və sevgilisi Yalova saxlanılıb.

Eyüpsultan Alibeyköydə dünən silahla vurulmuş halda ölü olaraq tapılan 35 yaşlı Ənvər Kosovonun ölümünə dair detallar ortaya çıxıb. İddiaya görə, 25 yaşlı N.K. İlə evli olan və müxtəlif cinayətlərdən polisdə qeydiyyatı olan Ənvər Kosovo, həbsxanaya salınıb.

Aparılan tədqiqatda detektivlər planlaşdıraraq işlənən cinayətdən sonra ikilinin Yalovaya qaçdığını müəyyənləşdirib.

İkitərəfli cinayəti etiraf edərkən, F.D. pompalı tüfəngi gölə atdığını deyib.

Tural İsmayılov/ Metbuat.az

http://matbuat.az/news/902095/pervin-abiyevanin-bu-geyimi-birmenali-qarsilanmadi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR