Əhali 5 yaşlı qıza təcavüz edən şəxsləri döyüb öldürdü

Hindistanda 5 yaşlı qız uşağına təcavüz edib öldürən canilər xalq tərəfindən küçədə döyülərək linç edilib.

Metbuat.az xəbər verir ki, hadisə Hindistanın şimal-qərbində yerləşən Arunaçal Pradeş ştatında baş verib.

Polis rəsmisi Apur Bidin jurnalistlərə açıqlamasında, Tezu şəhərində təxminən min nəfərlik bir qrupun, 5 yaşlı qıza təcavüz edərək öldürdüyü iddia edilən iki şübhəlini polis məntəqəsindən zorla çıxardığını və küçə ortasında döyərək öldürdüyünü bildirib.

Bitin hadisə zamanı 15 polis əməkdaşının yaralandığını qeyd edib.

Xatırladaq ki, Tezu şəhəri yaxınlığında yerləşən Namqo kəndində fevralın 12-də 5 yaşlı qız uşağı təcavüz edildikdən sonra öldürülmüşdü.

Hindistanda tətbiq edilən sərt qanunlara baxmayaraq, qadınlara qarşı zorakılıqda artım olduğu ifadə edilib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR