Bu uşaqların məktəbə qəbulu daha asan olacaq - Təhsil Nazirliyi

Bu uşaqların məktəbə qəbulu daha asan olacaq - Təhsil Nazirliyi
13:08 21 Fevral 2018
65 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bu il elektron qaydada məktəbə qəbul ediləcək uşaqların 80 faizi məktəbəqədər hazırlıq qruplarına cəlb edilib”.

Publika.az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, 3 ildir ki, Bakı şəhərində birinci sinfə qəbul elektron qaydada aparılır: “Bu ildən isə Sumqayıt, Gəncə və Abşeronda da qəbul elektron qaydada aparılacaq. Ötən il 55, bu il 65 faizə yaxın uşaq məktəbə hazırlıq qrupuna cəlb edilib. 2020-ci ilə qədər prosesin 90 faizə çatdırılması gözlənilir. Bu prosesdə iştirak edən uşaqlar avtomatik olaraq məktəbə qəbul prosesində iştirak edə bilirlər. Bu il elektron qaydada məktəbə qəbul aparılacaq şəhərlərdə 16-17 min uşaq birinci sinfə daxil ediləcək. Bu uşaqların 80 faizdən çoxu məktəbəqədər hazırlıq qrupunda iştirak etdiklərinə görə onların məktəbə qəbul prosesi daha rahat olacaq”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/231971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR